Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

WhatsApp-dan daha bir yenilik

Dünyanın ən məşhur mesajlaşma şəbəkəsi "WhatsApp" daha bir yeniliyə imza atır.

Mynews.az axşam.az-a istinadən xəbər verir ki, "WhatsApp" bu dəfə "təsdiqli profil" yenilənməsini test edir.

Belə ki, "Facebook", "Twitter" və "İnstagram"da olan təsdiqlənmiş profil özəlliyi artıq "WhatsApp"da da istifadə olunacaq.

Müəssisələrarası mesajlaşmalar üçün aktiv ediləcək yenilik hazırda "WhatsApp"ın beta testlərindən keçir. Sistem aktiv ediləndən sonra istifadəçilər əlaqə yaratmaq istədikləri müəssisələrin təsdiq edilmiş profillərinə yazacaq.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...