"Facebook"da yayılan virusla bağlı diqqətli olun - Şəxsi məlumatlar oğurlanır
Son bir neçə gündə “Facebook” sosial şəbəkəsində yayılan virusla bağlı hər bir istifadəçi diqqətli olmalıdır, çünki bu viruslar onların şəxsi məlumatlarının, şifrələrinin oğurlanması ilə nəticələnə bilər.
Mynews.az-ın məlumatına görə, bunu Azərbayca İnternet Forumunun prezidenti Osman Gündüz deyib.
O qeyd edib ki, zaman-zaman sosial şəbəkələrdə bu cür hallara rast gəlinir:
“Ancaq son dövrlərdə bu bir qədər sürətlənib. İstifadəçilər özləri də bilmədən bu cür virusları aktivləşdirir, yəni hansısa bir dostunuzdan bir link alırsınız və onu aktivləşdirəndə sizin dostluğunuzda olanlara da bu cür virus yayılır. Adətən bir qədər təcrübəli istifadəçilər bunun qarşısını ala bilirlər. Yəni diqqətlə müşahidə edəndə bilmək olur ki, bu, virusdur. Ancaq təcrübəli olmayan istifadəçilər yeni bir linkin gəlməyini güman edərək onu aktivləşdirirlər və bu da virusun yayılmasına səbəb olur. Bunun qarşısını almaq üçün istifadəçilər diqqətli olmalıdır”.
O vurğulayıb ki, virusun yayılmasında məqsəd müxtəlif ola bilər:
“Ola bilər ki, bu virus istifadəçilərin şəxsi məlumatlarını, şifrələrini ələ keçirmək üçün yayıla bilər. Həmçinin insanların vaxtını almaq, Azərbaycanda sosial medianın fəaliyyətini ağırlaşdırmaq, lazımsız informasiyaları dövriyəyə salmaq məqsədi ilə yayıla bilər”.
O.Gündüz hesab edir ki, virusun Ermənistan tərəfindən də yayıldığını güman etmək olar:
“Bu halı da istisna etmirəm. Məqsəd o ola bilər ki, kimlərinsə şəxsi məlumatlarını ələ geçirib gələcəkdə ondan istifadə etsinlər, eyni zamanda Azərbaycanda sosial şəbəkədə ağırlaşmalar olsun, trafik bununla yüklənsin və s. Yəni informasiya müharibəsi dövrüdür, müxtəlif məqsədlər ola bilər. Hər halda sosial şəbəkə istifadəçiləri diqqətli olmalıdır”. // TREND
Texnologiya
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon!
- “Nar” ilə səyahətdə WhatsApp-da pulsuz yazış!
- “Nar”ın “Dinlət” xidməti pulsuz oldu!
- “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb
- “Nar” “Breyn Rinq” intellekt yarışına dəstəyini davam etdirir
- “Nar” bütün ölkə üzrə satış və xidmət şəbəkəsini genişləndirir - FOTOLAR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 967 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 930 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 921 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 920 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 918 dəfə oxunub