Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Mitsubishi yeni miniven təqdim edib - FOTOLAR

Mitsubishi Motors şirkəti Expander adlı seriyalı model təqdim edib. O, özündə minivenin və krossoverin xarakteristikasını təcəssüm etdirir. Yenilik geniş kütlə qarşısına avqustun 10-da İndoneziyanın beynəlxalq Cakarta avtosalonunda çıxacaq. Bu barədə şirkətin mətbuat xidməti məlumat verib. Yeniliyin qabarit uzunluğu 4475 mm, eni 1750 mm, hündürlüyü isə 1700 mm-dir. Avtomobilin altı ilə yol səthi arasındakı məsafə 205 mm-dir.

Mynews.az auto.az-a istinadən bildirir ki, Mitsubishi Expander ötən ilin yayında təqdim edilmiş konsept-kar XM-in seriyalı versiyasıdır. Şirkətdən bildiriblər ki, model özündə Mitsubishi Motors-un SUV seqmentinə məxsus olan gözəl komfort və miniven universallığını, texniki imkanları, dözümlülüyü və hərəkət xarakteristikalarını təcəssüm etdirir. Avtomobilin salonunda üç sıra oturacaq var ki, burada yeddi nəfər yerləşə bilər.

Qabaq ötürücülü yenilik 1,5-litrlik, 4-silindrli, 16 klapanlı benzin mühərriklə (gücü barədə hələ məlumat verilməyib) təchiz edilir. O, 5-pilləli mexaniki və ya 4-diapazonlu avtomat sürət qutusu ilə birgə çalışır.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...