66 ilin avtomobili göz oxşayır - yeni avtomobildən seçilmir - VİDEO
Goranboy sakini 7 il öncə aldığı "QAZ 69" markalı avtomobilə 20 min manat xərc çəkərək əla vəziyyətə gətirib. Detalları dəyişməyən maşının yalnız salon hissəsi fərqli formada yığılıb. Gücünə və sürətinə görə sahibi avtomobili "dağ keçisi" adlandırır.
Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, 66 il əvvəl istehsal edilib, görkəminə görə yeni avtomobildən seçilmir. Goranboy sakini Rasim Tanırverdiyev 7 il öncə aldığı "Qaz 69" markalı avtomobilə 20 min manat xərc çəkərək bu vəziyyətə gətirib. Hər hansı detalları dəyişməyən maşının yalnız salon hissəsi fərqli formada yığılıb. Sürücü ilə bərabər 4 nəfərin rahat əyləşə biləcəyi modelin ən bahalı detalı isə onun üzərinə yerləşdirilən ceyrandır. Bu detalın qiyməti 1000 manata yaxındır.
Bu avtomobil digər modellərdən sürət qutusu ilə fərqlənir. Onu idarə etmək ilk dəfə sükanı arxasına əyləşənlər üçün bir qədər çətin olur.
Sahibi Qorki avtomobil zavodunda istehsal edilən "Qaz 69"-u gücünə və sürətinə görə "dağ keçisi" adlandırır. Sahibi avtomobili satmayacağını bildirib.
Texnologiya
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon!
- “Nar” ilə səyahətdə WhatsApp-da pulsuz yazış!
- “Nar”ın “Dinlət” xidməti pulsuz oldu!
- “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb
- “Nar” “Breyn Rinq” intellekt yarışına dəstəyini davam etdirir
- “Nar” bütün ölkə üzrə satış və xidmət şəbəkəsini genişləndirir - FOTOLAR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 926 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 566 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 564 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 564 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 558 dəfə oxunub