“Apple” teleserial bazarına daxil olur
ABŞ-ın “Apple” korporasiyasının orijinal videokontentin alınması, istehsalı və yayılmasına 1 milyard dollara yaxın pul ayırdığı məlum olub.
Mynews.az lent.az-a istinadən xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb. Şirkət özü şərh verməyib.
Qəzetin mənbələri bildiriblər ki, “Apple” 10-a yaxın teleserial ala və hazırlaya bilər. Şirkət ümid edir ki, bu addım baş vitse-prezident Eddi Kyunun müştərilərə “Taxt oyunları” ("Game of Thrones") keyfiyyətində videokontent təqdim olunması ideyasının həyata keçirilməsinə kömək edə bilər. Kontentin yayılması üçün meydança rolunu “Apple Music” striminq xidmətinin oynaya biləcəyi bildirilir, eyni zamanda, xüsusi olaraq yeni layihə üçün yeni platforma da yaradılması istisna deyil.
Ayrılan büdcəni bu ilin iyununda “Sony Pictures Television“dan “Apple”a keçən Ceymi Erliht və Zak Van Amburq idarə edəcək. Bu şəxslər artıq Hollivud təmsilçiləri ilə görüşlər keçirir, hansı şouların satın alına biləcəyini araşdırır. “Apple” tərəfindən “WGN America” kabel televiziyasının sabiq prezidenti Mett Çerniss də işə dəvət olunub. O, layihənin inkişafına nəzarət edəcək.
WSJ yazır ki, “Apple”ın bazarda möhkəmlənməsi asan olmayacaq. Çünki bu bazarda “Amazon” və “Netflix” dominantlıq edir və onların bu sahədə büdcələri 1 milyard dolları ciddi şəkildə aşır. Belə ki, “Amazon” bu il bu sahəyə 4,5 milyard, “Netflix” isə 6 milyard dolar büdcə ayırıb. Hələ üstəlik, “Facebook” da bazara girir. Avqustun 9-da şirkət “Facebook Watch” xidmətini təqdim edib və burada seriallar, idman tədbirləri yayımlanacaq.
”Apple”ın “iTunes” vasitəsilə film və teleserial satışı sahəsində biznesi var, lakin şirkət bu sahədə aylıq abunəyə malik videoxidmətlərin ciddi rəqabəti ilə üzləşib. 2016-cı ilin yekunlarına əsasən “iTunes” şirkətə 4,1 milyard dollar qazandırsa da, “Apple”ın film satışı və prokatı sahəsində bazar payı 2012-ci ildəki 50% səviyyəsindən 35%-ə enib.
Texnologiya
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon!
- “Nar” ilə səyahətdə WhatsApp-da pulsuz yazış!
- “Nar”ın “Dinlət” xidməti pulsuz oldu!
- “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb
- “Nar” “Breyn Rinq” intellekt yarışına dəstəyini davam etdirir
- “Nar” bütün ölkə üzrə satış və xidmət şəbəkəsini genişləndirir - FOTOLAR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 972 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 938 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 929 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 928 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 926 dəfə oxunub