5G şəbəkələrinə qoşulmaların sayı 1,4 milyarda çatacaq
“Juniper Research” analitik şirkətinin proqnozuna görə, 2025-ci ilə dünyada 5G şəbəkələrinə qoşulmaların sayı 1,4 milyarda bərabər olacaq. Lakin qeyd edilir ki, 2019-cu ildə yeni mobil texnologiyanın kommersiya istifadəsi üzrə birinci ildə 5G şəbəkələrinə qoşulmaların sayı təxminən 1 milyon təşkil edəcək.
Mynews.az Oxu.Az-a istinadən xəbər verir ki, Çin, ABŞ və Yaponiya 5G şəbəkələrinə qoşulmaların sayı üzrə lider dövlətlər olacaqlar. 2025-ci ilə 5G şəbəkələrinə qoşulmaların ümumi sayının 55%-i bu üç ölkənin payına düşəcək.
Analitiklər yeni simsiz texnologiyanın rabitənin keyfiyyətinə görə fiber optik xətlə rəqabət aparması üçün mobil operatorlara real iş şəraitində 5G şəbəkələrini genişmiqyaslı sınaqdan keçirməyi məsləhət görürlər.
"Maksimum sürəti və qoşulmanın etibarlılığını təmin edəcək şirkətlərin şəbəkələri “ARPC” (bir qoşulmadan götürülən orta gəlir) üzrə ən yüksək göstəricilərə nail ola biləcək ki, bu da operatorlara “5G” texnologiyasına yatırılmış investisiyalarını geri qaytarmağa imkan verəcək", – hesabatın müəllifi Sem Beyker deyib.
Texnologiya
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon!
- “Nar” ilə səyahətdə WhatsApp-da pulsuz yazış!
- “Nar”ın “Dinlət” xidməti pulsuz oldu!
- “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb
- “Nar” “Breyn Rinq” intellekt yarışına dəstəyini davam etdirir
- “Nar” bütün ölkə üzrə satış və xidmət şəbəkəsini genişləndirir - FOTOLAR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 909 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 594 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 585 dəfə oxunub