Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Hakerlər "iPhone"u sındırmağın yeni üsulunu tapıblar - VİDEO

Çinli hakerlər "iPhone"un müdafiə sistemində zəiflik tapıblar.

Mynews.az Oxu.Az-a istinadən məlumat verir ki, bu zəiflik sayəsində smartfonu pin-kod seçmə üsulu ilə sındırmaq mümkündür. "Apple" istifadəçiyə pin kodu düzgün daxil etmək üçün bir neçə cəhd imkanı verir, lakin smartfonu bərpa rejiminə keçirən zaman bu cəhdlərin sayı məhdudlaşmır. Belə vəziyyətdə hakerlər brutforsdan (mümkün parolun seçilməsi üsulu) istifadə edirlər.

Bir dördrəqəmli kodun tapılmasına 20 saata yaxın vaxt lazımdır. Çinlilər bunu avtomatik rejimdə və cəmi 15 saniyəyə edə biləcək qurğu icad ediblər. Bu qurğunun qiyməti 500 dollardır və eyni zamanda 3 smartfona qoşula bilər. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...