Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“Google” axtarış nəticələrində videoların önbaxışını göstərməyə başlayıb

ABŞ-da “Android” sistemi ilə işləyən smartfonların sahibləri “Google Chrome” brauzerinin yeni versiyasında axtarış nəticələrində videoların önbaxışının avtomatik, amma səssiz göstərilməsinin şahidi olublar.

Mynews.az Oxu.Az-a istinadən xəbər verir ki, hazırda sözügedən yenilik yalnız ingilis dilli çarxları dəstəkləyir və ABŞ ərazisində işləyir. Ancaq yaxın gələcəkdə bütün dünyada əlçatan olacaq. Həmçinin “iOS” sistemi ilə işləyən cihazlarda videoların önbaxışını görmək mümkün olacaq.

Qeyd etmək lazımdır ki, yeni funksiya yalnız “Wi-Fi” moduluna qoşulma zamanı işləyəcək ki, istifadəçinin internet trafiki boş yerə sərf olunmasın. Həmçinin sazlamalardan videoların avtomatik göstərilməsini deaktiv etmək olar.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...