Smartfonların ekranı ilə bağlı xəbərdarlıq
Smartfonun şüşəsi dəyişdirildikdən sonra onun sahibini izləmək mümkündür.
Mynews.az lent.az-a istinadən xəbər verir ki, bunu İsrail mütəxəssisləri müəyyən edib. Onların fikrincə, yeni üsuldan mobil cihazı təmirə almış xidmət mərkəzlərinin pis niyyətli əməkdaşları yararlana bilər.
Yeni üsulun mahiyyəti ondan ibarətdir ki, cihazın yeni ekranına kiçik bir çip yerləşdirilir və nəticədə telefon sahibinin getdiyi yerləri izləmək mümkün olur. Artıq bu üsul “Nexus 6P” smartfonunda və “LG G Pad 7.0“ planşetində sınaqdan keçirilib. Belə ki, mütəxəssislər cihazların ekranını çıxararaq ona çip qoşublar. Zərərverici əmrləri göndərmək üçün isə “Arduino” platformasında istifadə edilib. Nəticədə ekran vasitəsilə istənilən düyməni basa bilən, parolları yazmağa bacaran, ziyanverici əlavələr yükləyib, məlumatları cinayətkarlara göndərən sistem yaradılıb.
Alimlər hesab edirlər ki, bu cür manipulyasiyaları nəinki “Android” cihazlarla, həmçinin iOS platformasında çalışan cihazlarla da həyata keçirmək mümkündür.
Texnologiya
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon!
- “Nar” ilə səyahətdə WhatsApp-da pulsuz yazış!
- “Nar”ın “Dinlət” xidməti pulsuz oldu!
- “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb
- “Nar” “Breyn Rinq” intellekt yarışına dəstəyini davam etdirir
- “Nar” bütün ölkə üzrə satış və xidmət şəbəkəsini genişləndirir - FOTOLAR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 1107 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 1094 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 1094 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 1091 dəfə oxunub
- Sumqayıtlı məzun - “300 bal toplamaq mənim ilk böyük uğurumdur” 990 dəfə oxunub