Feysbuk hər gün 1 milyon hesabı bloklayır
Dünyanın ən böyük sosial şəbəkəsi olan “Facebook” hər gün spam, fırıldaqçılıq və ya ədavət salan nəşrlərə görə 1 milyondan çox hesabı bloklayır.
Bu haqda sosial şəbəkənin təhlükəsizlik xidmətinin direktoru Aleks Stamos məlumat verib. O etiraf edib ki, istifadəçilər arasında əlaqələrin sayını nəzərə alaraq şirkət bütün təhlükələri aradan qaldıra bilmir, bəzən isə “Facebook”un qaydalarını pozmayan nəşrlər və videoçarxlar sosial şəbəkədən silinir.
“Facebook”un nümayəndəsi, həmçinin xatırladıb ki, sosial şəbəkə 100-dən çox ölkənin qanunvericiliyini nəzərə alaraq işləməyə məcburdur.
Xatırladaq ki, Avropa İttifaqı bir neçə dəfə ABŞ şirkətini ekstremist məzmunla zəif mübarizədə ittiham edib. Məsələn, 2016-cı ilin dekabrında Avropa Komissiyası “Facebook”, “Microsoft” və başqa şirkətlərdən ədavət salan məzmunla aktiv mübarizə aparmağı tələb edib. Qeyd edilirdi ki, əks təqdirdə Avropa İttifaqı tərəfindən qəbul ediləcək qanunverici aktlar şirkətləri öz üzərinə götürülmüş öhdəlikləri icra etməyə məcbur edəcək.
lent.az
Texnologiya
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon!
- “Nar” ilə səyahətdə WhatsApp-da pulsuz yazış!
- “Nar”ın “Dinlət” xidməti pulsuz oldu!
- “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb
- “Nar” “Breyn Rinq” intellekt yarışına dəstəyini davam etdirir
- “Nar” bütün ölkə üzrə satış və xidmət şəbəkəsini genişləndirir - FOTOLAR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 957 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 915 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 907 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 906 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 903 dəfə oxunub