“YouTube” yeni dizaynda təqdim olundu - VİDEO
“Google” şirkəti özünün “YouTube” musiqi xidmətinin yeni dizaynını rəsmən təqdim edib.
Mynews.az lent.az-a istinadən xəbər verir ki, dəyişikliklər həm mobil versiya, həm də veb-versiyaya aiddir.
Ən radikal dəyişiklik loqotipdə olub. İndi xidmətin adı və qırmızı işarə ayrılıb, bunun sayəsində təsvir ekranın ölçüsünə asanlıqla uyğunlaşır. Tərtibatçılar bildirir ki, yeni dizayn “Google”ın “Material Design” konsepsiyasına uyğun hazırlanıb. Bu, interfeysi sadələşdirməyə və əlavə elementləri yığışdırmağa imkan verib.
Əsas yeniliklərdən biri gecə rejimidir. Bu funksiya gecə vaxtı istifadəçinin gözünün yorulmasının qarşısını almalıdır. Bundan başqa, xidmət vertikal videoları dəstəkləməyə başlayır. İndi bu cür videolar mobil versiyada qara çərçivə olmadan baxılacaq.
Daha bir yenilik ekrana iki dəfə basmaqla videonu irəli-geri fırlatmaq imkanıdır. Mobil versiyada sürətin dəyişdirilməsi opsiyası da var.
Tərtibatçılar yeniliyi tədricən bütün dünya üzrə tətbiq edəcəklərini və yeni versiyaya tam keçidin müəyyən vaxt aparacağını deyiblər.
Texnologiya
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon!
- “Nar” ilə səyahətdə WhatsApp-da pulsuz yazış!
- “Nar”ın “Dinlət” xidməti pulsuz oldu!
- “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb
- “Nar” “Breyn Rinq” intellekt yarışına dəstəyini davam etdirir
- “Nar” bütün ölkə üzrə satış və xidmət şəbəkəsini genişləndirir - FOTOLAR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 964 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 926 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 917 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 916 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 913 dəfə oxunub