"WhatsApp" ödənişli olur?
Dünyanın ən geniş yayılmış ani mesajlaşma xidməti olan "WhatsApp" ödənişli olacaq.
Mynews.az İstiPress-ə istinadən xəbər verir ki, "WhatsApp" şirkət hesablarını ödənişli edəcək yenilik üzərində çalışır.
"WhatsApp"ın əməliyyat direktoru Matt Idema iş adamları, qurumlar üçün yaratdıqları əlavə xidmətlərə görə ödəniş alacaqlarını açıqlayıb. İdema ödənişli xidmətə nələrin daxil olduğunu və zaman rəsmən xidmətə başlayacağını açıqlamayıb: "Detallar hələlik təsdiqlənməyib".
Test edilən yenilik böyük şirkətlərə məxsus olan hesablarla daha rahat əlaqə qurmaq üçün yaradılıb. "WhatsApp"ın öz bloqundakı açıqlamada belə yazılıb: "Kiçik şirkətlər üçün pulsuz olan "WhatsApp Business" tətbiqinə əlavə ediləcək yeni xidmətlər test mərhələsindədir".
"Facebook" 2014-cü ildə hazırda istifadəçi sayı 1 milyardı ötən "WhatsApp"ı 22 milyard dollara satın alıb. Yaxın günlərdə bu xidmət hesabların rəsmi olduğunu sübut edən yaşıl işarə özəlliyini əlavə etmişdi.
Texnologiya
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon!
- “Nar” ilə səyahətdə WhatsApp-da pulsuz yazış!
- “Nar”ın “Dinlət” xidməti pulsuz oldu!
- “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb
- “Nar” “Breyn Rinq” intellekt yarışına dəstəyini davam etdirir
- “Nar” bütün ölkə üzrə satış və xidmət şəbəkəsini genişləndirir - FOTOLAR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 588 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 577 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 569 dəfə oxunub