Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“Google”un fərdi xəbər lenti artıq bütün dünyada əlçatandır

“Google” şirkəti tərəfindən təqdim edilən "ağıllı" xəbər xətti  bütün dünyada aktivləşdirilib. Tezliklə sözügedən funksiya proqramın “iOS” versiyasında, həmçinin axtarış sisteminin masaüstü və mobil versiyalarında əlçatan olacaq.

Mynews.az Oxu.Az-a istinadən xəbər verir ki, yeni xidmət “Google Feed” adlandır. "Ağıllı" lentə yalnız xəbərlər deyil, həm də axtarış tarixçəsi, istifadəçinin olduğu yer və “Google”un başqa onlayn xidmətlərindən məlumatlar əsasında seçilmiş musiqi, film, məqalə və başqa fərdiləşdirilmiş məzmun daxil edilib: "Məsələn, əgər siz fotoqrafsınız və fitneslə səthi maraqlanırsınızsa, onda fitneslə bağlı  tövsiyələr sizin lentinizdə nadir hallarda göstəriləcək".

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...