Məşhur telefon istehsalçısı satılır
“Google” axtarış sistemi “HTC” şirkətinin mobil bölməsini satın almaq niyyətindədir.
Mynews.az ICTnews-a istinadən xəbər verir ki, hazırda şirkətlər danışıqların sonuncu mərhələsindədir.
Axtarış nəhənginin həm smartfon istehsalı üzrə bölmənin alışını, həm də Tayvan şirkəti ilə strateji əməkdaşlıq imkanlarını nəzərdən keçirməsi qeyd olunur.
Məlumata görə, mobil biznesin satılacağı təqdirdə “HTC” şirkəti “Vive” virtual reallıq kaskasının və bir sıra digər qurğuların istehsalını davam etdirəcək. Mümkün sazişin məbləği və müddəti hələlik açıqlanmır.
Ekspertlər qeyd edir ki, “HTC” bölmələrindən birinin “Google” tərəfindən satın alınması gözlənilən addım olub. Çünki məhz Tayvan şirkəti “Google Pixel” və “Pixel XL” smartfonlarının istehsalı ilə məşğuldur. Bundan başqa, “HTC” zavodlarında hazırda “Pixel 2” smartfonunun kiçik modelinin yığılması barədə məlumatlar yer alıb.
Bildirilir ki, ötən il Tayvan istehsalçısı üçün 13 il ərzində ən zərərli il olub. Son maliyyə hesabatına görə, şirkətin mədaxili 2 dəfədən çox - 51,1 faiz azalıb. “HTC” qabaqcıl “U11” smartfonunu buraxmaqla vəziyyətdən çıxmağa çalışsa da, qurğu istehlakçıların ümidini doğrultmayıb və satışları uğursuzluqla nəticələnib.
Texnologiya
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon!
- “Nar” ilə səyahətdə WhatsApp-da pulsuz yazış!
- “Nar”ın “Dinlət” xidməti pulsuz oldu!
- “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb
- “Nar” “Breyn Rinq” intellekt yarışına dəstəyini davam etdirir
- “Nar” bütün ölkə üzrə satış və xidmət şəbəkəsini genişləndirir - FOTOLAR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 982 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 947 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 937 dəfə oxunub