“Samsung” şirkətinin faktiki rəhbəri rüşvətə görə həbs edilib
Seul məhkəməsi Cənubi Koreya prezidenti Pak Kın Xe ətrafında cərəyan edən iri korrupsiya qalmaqalı ilə əlaqədar rüşvətxorluqda ittiham olunan “Samsung” şirkətinin faktiki rəhbəri Li Çje Yon barəsində həbs qətimkan tədbiri seçib.
Mynews.az “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, məhkəmə hökm elan edənədək, nəhəng korporasiya rəhbəri paytaxtdan 15 km aralıda yerləşən Yıvan şəhər həbsxanasında saxlanılacaq.
İstintaqın fevralın 28-də başa çatacağı bildirilir.
Qeyd edək ki, ötən ilin payızında Cənubi Koreyada prezidentin ən yaxın rəfiqəsi Tsoy Sun Sil ətrafında yaranan korrupsiya qalmaqalı səngimək bilmir.
Hüquq-mühafizə orqanları onu heç bir hökumət vəzifəsi tutmadığı halda, prezidentin siyasi qərarlarına təsir etməkdə və prezidentlə yaxınlığından istifadə edərək Cənubi Koreyanın korporasiyalarından iri məbləğdə pul vəsaitləri tələb etməkdə şübhəli bilinir.
Texnologiya
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon!
- “Nar” ilə səyahətdə WhatsApp-da pulsuz yazış!
- “Nar”ın “Dinlət” xidməti pulsuz oldu!
- “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb
- “Nar” “Breyn Rinq” intellekt yarışına dəstəyini davam etdirir
- “Nar” bütün ölkə üzrə satış və xidmət şəbəkəsini genişləndirir - FOTOLAR