Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“Gmail” ünvan və telefon nömrələrini linkə çevirəcək

“Google” şirkəti “Gmail” və “Inbox by Gmail” poçt xidmətləri üçün çoxdan gözlənən faydalı funksiyanı istifadəyə verib. İndi sözügedən xidmətlərin veb versiyaları, həmçinin “Android” və “iOS” mobil əməliyyat sistemləri üçün “Gmail” və “Inbox by Gmail” proqramları telefon nömrəsi, adi ünvan və ya elektron poçt ünvanını linklərə çevirəcək.

Mynews.az Oxu.Az-a istinadən xəbər verir ki, ünvanı göstərən linkin üzərinə sıxan istifadəçi “Google Maps”ə daxil olacaq, telefon nömrəsindən ibarət link telefon proqramında, elektron poçt ünvanından ibarət link isə  poçt proqramında açılacaq.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...