Mark Zukerberqdən açıqlama: "Facebook"dakı çirkab sübut olundu
"Sosial şəbəkələr, xüsusilə də "Facebook" demokratik dəyərlərin dəstəklənməsinə və inkişafına yönəlib. "Facebook"dan demokratiyaya qarşı istifadə olunmasına yol verməyəcəyəm. ABŞ-da keçirilmiş prezident seçkiləri zamanı Rusiyada müxtəlif strukturlar "Facebook"da çoxsaylı siyasi reklam alıblar. Bu reklam elanları barədə məlumatları Birləşmiş Ştatlardakı seçkilərə Rusiyanın müdaxiləsinin araşdırılması ilə bağlı Konqresdə yaradılmış komissiyaya təqdim edəcəyik. "Facebook"dakı çirkab sübut olundu".
Mynews.az Milli.Az-a istinadən bildirir ki, dünyanın ən populyar sosial şəbəkəsi "Facebook"un banisi və sahibi Mark Zukerberq bu gün profilində canlı yayımda olarkən belə deyib.
"Facebook"un Kaliforniya ştatındakı Menlo-Park baş ofisindən efirə çıxan Mark Zukerberqin sözlərinə görə, "Facebook Inc." korporasiyası pullu siyasi reklamların paylaşılması prinsiplərinə yenidən baxacaq.
Beləliklə, şirkət müxtəlif seçki kampaniyaları zamanı saxta, "feyk" akkauntlar vasitəsilə pullu siyasi reklam elanlarının paylaşılmasına son qoymaq üçün ciddi nizamlama tədbirlərinin görüləcəyi ultimatumunu verən rəsmi Vaşinqtona güzəştə gedib.
"Məzuniyyətdə olarkən çalışdım, ABŞ-dakı prezident seçkilərinə Rusiyanın müdaxiləsi məsələsi ilə məşğul oldum. Bununla bağlı bəzi qərarlar qəbul etmişəm. ABŞ Konqresindəki təhqiqatçılara müraciət edərək, 2016-cı ildə ABŞ-dakı prezident seçkiləri zamanı Rusiyadakı təşkilatların "Facebook"da yaydıqları 3 siyasi reklam elanı barədə məlumatları təqdim edəcəyəm. Həmin seçkilər zamanı "Facebook"da baş verənləri araşdırmağa davam edəcəyik. Yeni məlumatlar əldə etsək, rəsmi strukturlarla təmaslarımız davam edəcək", - M.Zukerberq söyləyib.
Onun sözlərinə görə, "Facebook"da tətbiq olunmuş yeniliklər sayəsində bundan sonra hansı auditoriyaya yönəlməsindən asılı olmayaraq, istənilən siyasi reklamı görmək mümkün olacaq. Bundan başqa, belə siyasi reklam elanlarını yayanlardan "Facebook" elana kimin pul verdiyini açıqlamağı tələb edəcək.
"Onlayn reklam kampaniyalarında şəffaflığa nail olmaq üçün əlimizdən gələni edəcəyik", - Zukerberq söyləyib.
"Facebook"un təhlükəsizlik xidmətinin direktoru Aleks Stamos sentyabrın 6-da bəyan etmişdi ki, Rusiyadakı strukturlar son iki ildə "Facebook"da böyük miqdarda siyasi reklam satın alıblar.
Texnologiya
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon!
- “Nar” ilə səyahətdə WhatsApp-da pulsuz yazış!
- “Nar”ın “Dinlət” xidməti pulsuz oldu!
- “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb
- “Nar” “Breyn Rinq” intellekt yarışına dəstəyini davam etdirir
- “Nar” bütün ölkə üzrə satış və xidmət şəbəkəsini genişləndirir - FOTOLAR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 985 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 958 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 947 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 947 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 944 dəfə oxunub