Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

İlk robot-polis işə başladı

Çinin Henan vilayətində ilk robot-polis xidmətə qəbul olunub. O, Çjençjou şəhərində dəmir yolu vağzalında gözləmə zalının təhlükəsizliyinə nəzarət edir.

Mynews.az -ın Lent.ru-ya istinadən xəbərinə görə, bu barədə gbtimes nəşri məlumat yayıb.

Təkərlər vasitəsi ilə hərəkət edən robotun səthində sensorlar quraşdılıb. O, ərazinin təhlükəsizliyinə sərbəst nəzarət edir, üzlərin skan olunması və tanınması, eləcə də sərnişinlərin suallarını cavablandıra bilir. Robot həmçinin havanın temperaturunu müəyyən etməyi bacarır və yanğın təhlükəsi barədə xəbərdarlıq edir. 

Hazırda robot test rejimində fəaliyyət göstərir. Tezliklə onun gecə növbəsində, gözləmə zallarında sərnişinlərin çox olduğu zaman işləyəcəyi planlaşdırılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...