Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“WeChat” istifadəçilərinin sayı açıqlandı

“WeChat” sosial şəbəkəsinin aktiv istifadəçilərinin sayı 1 milyard nəfərə yaxınlaşıb. 

Mynews.az lent.az-a istinadən xəbər verir ki, bu barədə Çinin “Tencent” internet korporasiyasının rəsmi nümayəndəsi Li Van mətbuat konfransı zamanı jurnalistlərə bildirib. 

Mətbuat katibinin sözlərinə görə, hazırda əlavədən 963 milyon aktiv istifadəçi yararlanır və 2017-ci ilin dekabrın sonunda bu rəqəmin 1 milyard nəfərə çatdırılmasına nail olunacaq. 

Bundan başqa, 600 milyondan artıq Çin vətəndaşı “WeChat”dan məhsul və xidmətlərin ödənilməsi üçün istifadə edir. Li Van qeyd edib ki, 200 mindən artıq tərtibatçı aktiv olaraq, sosial şəbəkənin yeni xidmətlərini sınaqdan keçirir və nasazlıqları aradan qaldırırlar. 

Mətbuat katibi əlavə edib ki, “WeChat”ın yeni istifadəçilərinin böyük əksəriyyəti yenicə smartfondan istifadə etməyə başlayan yaşlı adamlardır. Son statistik məlumatlara əsasən, “WeChat”ın orta statistik istifadəçisi sosial şəbəkəyə gündəlik olaraq 1,5 saat sərf edir.a

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...