Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“Facebook”dan növbəti YENİLİK

“Facebook”da üz tanıma sistemi ilə hesabınızı geri qaytarmaq mümkün olacaq.

A24.Az xarici mediaya istinadən xəbər verir ki, artıq bu təhlükəsizlik sistemi üzərində işlər davam etdirilir. Hazırda istifadə edilən metoddan istifadə etmək üçün qısa mesaj və ya e-poçt lazım olur. Bu iki metoddan istifadə edə bilmədiyiniz təqdirdə üz tanıma sistemi daha çox işinizə yarayacaq. Şirkət tərəfindən üzərində işlənilən sistemdən istifadə etməklə hesabların tezliklə geri qaytarılacağı deyilir. Təklif olunacaq sistemdən istifadə etmək üçün müəyyən edilmiş proqram ilə giriş etmək mümkün olacaq. Üz tanıma texnologiyası xakerlər tərəfindən qırılmazsa, “Facebook” bu sistemi daha çox adam üçün istifadəyə verməyi planlaşdırır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...