Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bu parkda pulsuz "Wi-Fi" olacaq

"Bakı Telefon Rabitəsi" MMC paytaxtın "İzmir" parkında pulsuz "Wi-Fi" şəbəkəsinin qurulması üzrə iş aparır.

Mynews.az MMC-yə istinadən xəbər verir ki, operatorun planına "Nərimanov" parkında (eyniadlı metrostansiyasının yaxınlığında) "Wi-Fi" xidmətinin təqdim edilməsi də daxildir. Hazırda bu parkda şəbəkə sınaq mərhələsindədir.

Qeyd edək ki, simsiz internet şəbəkəsinin genişləndirilməsi üzrə işlər mart ayından “İctimai Wi-Fi” layihəsi çərçivəsində aparılır. Hazırda bu şəbəkəyə “İçərişəhər” dövlət tarix-memarlıq qoruğu, Dənizkənarı Milli Park, Heydər Əliyev Mərkəzinin parkı, "Qış parkı", "Zabitlər" parkı, "Sahil", "Axundov", "Sabir", "Xaqani", "Hüseyn Cavid", "Səməd Vurğun" və "Muğan" bağları daxildir.

Xidmət işə salındıqdan indiyədək şəbəkəyə 1 milyona yaxın qoşulma qeydə alınıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...