Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"WhatsApp”da yenilik

"WhatsApp” messenceri yeniliyə hazırlaşır.

"Ölkə.Az" xəbər verir ki, 2013-cü ildən istifadəyə verilən səsli mesaj funksiyasında 4 ildir ki, heç bir ciddi dəyişiklik edilməyib. Şirkət artıq bu funksiya üzərində işləyərək yeniliklər etməyə hazırlaşır.

Əldə edilən məlumata əsasən səsli mesaj göndərmək istəyən şəxs düyməni sıxanda mikrofon düyməsi əvəzinə yeni interfeyslə qarşılaşacaq. Yarım saniyədən sonra isə düyməni sıxıb saxlamağa ehtiyac qalmayacaq. "WhatsApp” isifadəçisi istədiyi səsli mesajı göndərə biləcək. Yəni bu funksiyanın mahiyyəti ondan ibarətdir ki, əvvəllər səsli mesaj göndərmək üçün mikrofon düyməsini sıxıb saxlamaq lazım idi. Yeni interfeys hesabına isə buna ehtiyac qalmayacaq. İstifadəçi səs mesajı göndərə-göndərə digər ismarıclara da baxa biləcək.

Amma bu funksiyada da məhdudiyyətlər var. Fasiləsiz səsyazma zamanı şəkil və video izləmək, başqa söhbət bölmələrinə keçmək, ismarıcı çap etmək mümkün olmayacaq. Sadəcə səs göndərilən şəxslə olan ismarıcları izləmək mümkün olacaq. Əks halda səs yazısı avtomatik olaraq silinəcək.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...