Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“WhatsApp”da daha bir yenilik - FOTOLAR

Rahat mesajlaşma tətbiqi olan “WhatsApp” daha bir yeniliklə istifadəçilərini sevindirib.

Mynews.az  “Qafqazinfo”-ya istinadən xəbər verir ki, tətbiq daha əyləncəli olub. Artıq istifadəçilər şəkil, gif və videonu status kimi yerləşdirə bilərlər. Yalnız 24 saat aktiv qalan bu statusa kimlərin baxdığını da görmək mümkündür.

Bundan başqa, yenilənən görüntülü statusu kimlərin görəcəyini də istifadəçi özü müəyyənləşdirə bilir. Onu da qeyd edək ki, başqa istifadəçinin yerləşdirdiyi görüntülü statusa cavab vermək mümkündür.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...