Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Facebook-da bu da olacaq - YENİLİK

Böyük Britaniyanın "TransferWise" şirkəti Facebook sosial şəbəkəsində pul köçürmələrini işə salıb.

Mynews.az lent.az-a istinadən xəbər verir ki, adıçəkilən funksiya beynəlxalq miqyasda işləyir. 

Facebook-dakı çat-bot sosial şəbəkədə qeydiyyatdan keçmiş bütün istifadəçilər üçün əlçatan olacaq. Artıq bu funksiyadan Kanada, ABŞ, Avropa, Avstraliya və Böyük Britaniya sakinləri istifadə edə bilərlər.

 

Tərtibat nəinki pul köçürmələrində faydalıdır, həmçinin məlumatlandırıcıdır. Xidmətdə birja bazarlarındakı vəziyyətlə bağlı məlumatları da almaq imkanları təqdim edilib. 

Xatırladaq ki, bu yenilənmə hələ ötən il ABŞ-da daxili istifadəçilərin istifadəsi üçün mümkün idi, ancaq indi bütün dünya üzrə genişlənib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...