Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bir ildə 90 milyon yeni virus yaranacaq

2017-ci ildə təxminən 100 milyon daha əvvəl qeydiyyata alınmayan zərərverici proqram yaranıb.

Mynews.az Lent.az-a istinadən xəbər verir ki, bu barədə “Kasperski Laboratoriyası”nın yaradıcısı və rəhbəri Yevgeni Kasperski İnternetlə bağlı Ümumdünya Konfransında bildirib.

1997-ci ildə “Kasperski Laboratoriyası” yaranarkən təxminən 500 zərərverici proqram qeydə alınmışdı. “On ildən sonra, 2007-ci ildə bizim kolleksiyamızda 2 milyondan çox virus mövcuddur. Gözləyirik ki, bu il 90 milyon ədəd zərərverici proqram, skript, sənəd və sair proqram olacaq”, - deyə Kasperski bildirib..

Onun sözlərinə görə, şirkətin virus bazasında 500 milyondan artıq unikal fayl mövcuddur. Hər gün isə laboratoriya 300 mindən artıq yeni zərərverici proqram toplayır: “Düşünürəm ki, bu konfrans zamanı 1 milyondan artıq yeni virus qeydə alınacaq”.

Noyabrın sonunda “Kasperski Laboratoriyası” “Google Play”də mobil cihazlar üçün 85 ədəd ziyanverici proqram aşkar etdiyini bildirib. Bu proqramlar “VKontakte” sosial şəbəkəsində istifadəçilərin məlumatlarını oğurlayırlar. Virusların qurbanları isə 1 milyondan artıq insan ola bilər - bu əlavələrin 10 mindən 100 minə qədər yüklənməsi mövcuddur.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...