Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“WhatsApp” istifadəçiləri üçün 4 yenilik

Minyonlarla istifadəçisi olan “WhatsApp” proqramı yenə də bir neçə yeniliyə imza atıb.

Başqa bir yenilik isə iOS proqramına dəvət bağlantısıdır. “Android” versiyası üçün tətbiq edilən bu yenilik zamanı insanları asanlıqla qrupa dəvət edə və onlarla danışa bilərsiniz. Bunun üçün əvvəllər olduğu kimi həmin şəxsin nömrəsini mütləq şəkildə qeydə salmaq tələb olunmur. Sadəcə həmin şəxsə dövət göndərmək yetərlidir.

Tətbir edilən bu yenilik zamanı “WhatsApp”da yazışarkən “Youtube” videolarını izləyə biləcəksiniz. Əgər əvvəl “WhatsApp”a gələn videolara baxmaq üçün çıxmaq lazım idisə, indi buna ehtiyac olmayacaq. Mobil platformanın İOS proqramı üçün istifadəyə verdiyi yenilikdən artıq “Android” istifadəçiləri də yararlana biləcək. "WhatsApp”da olarkən kənarda kiçik pəncərə içərisində video açılacaq. Artıq videoya baxa-baxa yazışmağa davam edə biləcəksiniz.

Üçüncü yenilik isə “Bildiriş üçün toxun” xidmətidir. Bunun üçün telefonu aktiv etmək və “WhatsApp” proqramına daxil olaraq, prosesi həyata keçirtmək lazımdır. Həmin anda yaranmış problem dərhal aradan qalxacaq.

Son yenilik isə “Admin Parametrləri” tətbiqidir. Bu yenilik vasitəsilə seçdiyiniz qruplarda daha çox əməliyyatlar aparmaq və qrup üzvlərinə ümumi halda mesajlar göndərmək mümkün olacaq.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...