Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

İnstaqramın bu funksiyası artıq “WhatsApp”da

“Facebook” şirkəti “Hekayələr” özəlliyini sahib olduğu üç sosial şəbəkədə də istifadə etmək niyyətindədir.

Mynews.az Axşam.az-ə istinadən xəbər verir ki, hazırda bu funksiya “WhatsApp”da sınaqdan keçirilir.

Bu funksiya sayəsində İnstaqramda paylaşılmış hekayələri birbaşa “WhatsApp” statusunda yerləşdirmək olacaq.

Təqdim olunmuş fotoda “Hekayələr” bölməsinin aşağı sol hissəsində yeni özəllik qeyd olunub. Beləliklə istifadəçilər İnstaqramda hekayə yaradandan sonra onu “Facebook”, “Messenger” və “WhatsApp”da paylaşa biləcəklər.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...