“Facebook” videoçatlar üçün video kamera yaradacaq
"Facebook" videoçatla ünsiyyət qurmaq üçün videokamera istehsal edəcək.
Mynews.az lent.az-a istinadən xəbər verir ki, "Portal" adlanan cihaz may ayında satışa çıxarılacaq.
Cihaz barəsində məlumat verən şirkət mənbələri bildiriblər ki, kamera mikrofon və dinamiklərə malik olacaq. "Portal"ın köməyi ilə dostlarla video görüntülü zəngləşmək mümkün olacaq. Həmçinin cihaz istifadəçinin səsli əmr və göstərişlərini də anlayacaq.
"Portal" "Netflix" və "Spotify" xidmətləri ilə inteqrasiya ediləcək. Yəni onun vasitəsilə filmlər izləmək və musiqi dinləmək mümkün olacaq.
"Facebook" bu şayiəyə şərh verməkdən imtina edib. Ancaq insayderlər əlavə ediblər ki, "Portal" bu ilin may ayında satışa çıxarılacaq. Onun qiyməti isə 499 dollar təşkil edəcək.
Texnologiya
- “Nar” ilə səyahətdə WhatsApp-da pulsuz yazış!
- “Nar”ın “Dinlət” xidməti pulsuz oldu!
- “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb
- “Nar” “Breyn Rinq” intellekt yarışına dəstəyini davam etdirir
- “Nar” bütün ölkə üzrə satış və xidmət şəbəkəsini genişləndirir - FOTOLAR
- “Nar” Azərbaycanda uşaq hüquqlarının təşviqinə dəstək olur - FOTOLAR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- “Nar” ilə səyahətdə WhatsApp-da pulsuz yazış! 975 dəfə oxunub
- Emin Ağalarov söz verdi 975 dəfə oxunub
- Moskvada daha bir DƏHŞƏT 973 dəfə oxunub