Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

DİQQƏT! - Sabadan bu sosial şəbəkə İŞLƏMƏYƏCƏK

Son zamanlar proqram və ya əməliyyat sistemlərinin köhnə versiyaları üçün dəstəyin dayandırılması ilə bağlı xəbərlər tez-tez yayılır. Bu, əksər hallarda köhnə proqramlarda yeni funksiyaların reallaşdırılmasının qeyri-mümkünlüyü və ya aşağı təhlükəsizlik səviyyəsi ilə izah olunur. “Əgər siz “Skype” proqramının “Windows” və ya “Mac” əməliyyat sistemləri üçün köhnə versiyalarından istifadə edirsinizsə, o zaman martın 1-dən etibarən həmin quraşdırmaların dəstəyi dayandırılacaq”.

İstiPress xəbər verir ki, bu haqda “Microsoft” şirkəti öz rəsmi bloqunda yazıb. “Biz müştərilərimizin “Skype” proqramından problemsiz istifadəsi üçün mütəmadi düzəlişlər edirik. Martın 1-dən “Skype” proqramının köhnə versiyalarından (“Windows” üçün 7.16 və aşağı versiyalar, “Mac” üçün 7.0-dan 7.18-dək ) istifadə edənlər sistemə daxil ola bilməyəcəklər. Əgər siz belə istifadəçilərdən birisinizsə, o zaman yeniləməni yükləmək lazımdır" – “Microsoft” şirkətinin rəsmisi deyib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...