“WhatsApp” bu mesajların göndərilməsini qadağan edəcək
Messencerdə sınaqdan keçirilən yeni funksiya istifadəçilər tərəfindən bir-birinə göndərilən spam, virus və saxta mesajların yayılmasının qarşısını almaq üçün nəzərdə tutulub.
“ICTnews” Elektron Xəbər Xidməti “hi-tech.mail.ru” saytına istinadən yazır ki, istifadəçilərə mesajı göndərmə və ya qəbul etmə zamanı həmin mesajın artıq dəfələrlə yönləndirilməsi ilə bağlı xəbərdarlıq ediləcək. Söhbət, həmçinin “WhatApp” messencerinin digər istifadəçilərini mesajı öz kontaktındakı bütün şəxslərə göndərməyə vadar edən mesajlardan gedir: "Rayonda dabaq epidemiyası tüğyan edir, təcili hər kəsi xəbərdar edin". Panikaya düşmüş insanlar belə saxta mesajları digər istifadəçilərə də göndərirlər.
“WhatsApp” messenceri vasitəsilə ildırım sürətilə yayılan belə saxta mesajlar ciddi təhlükə yarada bilər. Məsələn, Hindistanda iğtişaşlara səbəb olmuş belə saxta mesajlar nəticəsində xəsarət alan və ölənlər olub. Başqa bir ölkədə saxta mesajlar peyvənddən kütləvi imtinaya səbəb olub. “WhatsApp” messencerinə sahib “Facebook” şirkəti saxta mesajların aşkar edilməsi problem ilə ciddi məşğul olmağa başlayıb.
Texnologiya
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon!
- “Nar” ilə səyahətdə WhatsApp-da pulsuz yazış!
- “Nar”ın “Dinlət” xidməti pulsuz oldu!
- “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb
- “Nar” “Breyn Rinq” intellekt yarışına dəstəyini davam etdirir
- “Nar” bütün ölkə üzrə satış və xidmət şəbəkəsini genişləndirir - FOTOLAR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 1098 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 1085 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 1085 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 1082 dəfə oxunub
- Sumqayıtlı məzun - “300 bal toplamaq mənim ilk böyük uğurumdur” 985 dəfə oxunub