Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanda “Get Contact” bağlandı

Bu gündən etibarən azərbaycanlı istifadəçilər böyük əks-səda doğurmuş və geniş müzakirələrə yol açmış “Get Contact” mobil tətbiqinə daxil ola bilmir.

Mynews.az xəbər verir ki, bu barədə sosial şəbəkərlərdə məlumat yayılıb.

Bunun səbəbinin tətbiqin şəxsi məlumatları yaymaqla, məxfiliyi pozması olduğu güman edilir.

Xatırladaq ki, “Get Contact” mobil tətbiqi nömrəsi əlaqə nömrələri siyasında qeydə alınmamış  abonentin adını öyrənmək məqsədilə hazırlanıb. Axtarış sətrinə mobil nömrə daxil etdikdə, istifadəçi həmin abonentin digər şəxslərin telefon kitabçasında qeyd olunan adını görə bilir.

Ancaq heç də hamı proqramdan təyinatı üzrə istifadə etməyib. Çoxları ondan başqalarının telefon kitabçasında hansı adlarla qeydə alındığını öyrənmək məqsədilə  istifadə edib, özlərinin və yaxınlarının nömrələrini yoxlayıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...