Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

WhatsApp-da daha bir YENİLİK

"WhatsApp" şirkəti eyniadlı messencerdə pulköçürmə sisteminin tətbiq edir.

Mynews.az AZƏRTAC-a istinadən bildirir ki, "WhatsApp" artıq Hindistanda ödəniş sistemini sınaqdan keçirir. Ekran görüntülərində bu sistemi dəstəkləyən banklardan ibarət böyük siyahını görmək olar. Funksiyadan istifadə etmək üçün SMS kod vasitəsilə telefon nömrəsini təsdiqləmək və hesab açılmış bankı seçmək lazımdır.

Pulköçürmə sistemi "Unified Payments Interface" (UPI) interfeysinə əsaslanır. İstifadəçilər bir-birinə pulu birbaşa messencerdə komissiyasız göndərə biləcəklər. İlkin mərhələdə messencer yalnız istifadəçilər arasında ödənişləri dəstəkləyəcək. Gələcəkdə şirkət messencerə Çinin "WeChat" messencerində olduğu kimi müxtəlif xidmətlərin ödənişini əlavə edə bilər (məsələn taksi, yaxud yemək sifariş etmək və ödəmək).

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...