Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“Viber” “Windows”dan imtina etdi

“Viber” şirkəti messencerin “Windows” əməliyyat sistemləri üçün yeni versiyalarını çıxarmaqdan imtina etmək niyyətindədir.

Mynews.az  AZƏRTAC-a istinadən verdiyi xəbərə görə,  bu barədə “Viber” şirkətinin nümayəndələri bildirirlər.

“Şirkətimizin məhdud resurslarından maksimum səmərəli üsulla istifadə etmək məqsədilə “Windows Phone 10” və “Windows 10” üçün hər hansı yeniləmələrin çıxarılmasından imtinaya dair qərar verdik. Yaxın gələcəkdə yeni versiyaların çıxarılması ilə bağlı planımız yoxdur. Planlarımızda dəyişiklik olduğu halda biz bu barədə xəbərdarlıq edəcəyik”, - şirkətdən bildirilib.

Beləliklə, populyar messencerin yaradıcıları “iOS” və “Android” mobil platformalarına daha böyük önəm veriblər. “Viber” messencerinin “Windows” üçün cari versiyası, çox güman ki, sonuncu olacaq.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...