Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanlı gəncin marağlı ixtirası - VİDEO

25 yaşlı Valeh Arifzadə alternativ enerji ilə işləyən qurğu hazırlayıb.

Mynews.az Xəzər TV-yə istinadən xəbər verir ki, onun ixtirasını indiyə qədər istifadə olunan digər alternativ enerji resurslarından fərqləndirən əsas cəhət isə heç bir mənbədən asılı olmadan işləməsidir.

Qurğunun unikal olması və yalnız birdəfəlik xərc tələb etməsi Valeh Arifzadəyə ixtirasına görə bir neçə yarışmada birincilik də qazandırıb.

Yığcam və istifadəsi çox rahat olan qurğunun əsas iş prinsipi içərisindəki maqnit impulsları hesabına daimi dövr edən elektrik enerjisi istehsal etməkdir.

Cihazın ərasəyə gəlməsi üçünsə təxminən 250 manat tələb olunur.

Artıq qurğunun patenti üçün işlər görən gənc ixtiraçı cihazını daha da təkmilləşdirmək üçün özəl şirkətlərlə danışıqlar aparır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...