Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Hər kəsin "Instagram"da istifadə etdiyi bu funksiya ləğv edildi

“Instagram” sevilən funksiyasını ləğv etdi.

A24.az xəbər verir ki, “İnstagram” bir müddət öncə çox istifadə edilən hekayələr bölməsinə GIF, yəni hərəkətli fotolar yüklənməsinə icazə vermişdi. Bu gün sosial media platformasından istifadə edənlər şok yaşayıb.

Çünki istifadəçilər “Instagram” hekayələr hissəsində GIF-lərdən istifadə edə bilməyiblər. Bəyənilərək istifadə edilən bu yeniliyin ləğv edildiyi ortaya çıxıb.

“Instagram”ın yaradıcısı Kevin Sistrom məsələ ilə bağlı açıqlama verib. O, yeniliyin təkrar nəzərdən keçirilərək sistemə yüklənəcəyini deyib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...