Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Çərçivəsiz smartfon yaradıldı - VİDEO

Çinin “Doogee” şirkəti displeyi səthinin 97 faizini tutan smartfonun prototipini yaradıb.

Mynews.az  oxu.az-a istinadən xəbər verir ki, bloger Arun Maininin yaratdığı qadjetin demonstrativ videoçarxı “The Verge” nəşrinin diqqətindən yayınmayıb.

Smarftonun əsas özəlliyi onun slayder tipli olmasıdır. “iPhone X” və bir sıra digər “Android” cihazlardan fərqli olaraq, 5,99 düym displeyli “Mix 4”-ün ekranın yuxarı kəsiyi yoxdur. Dinamik və qabaq kameradan istifadə etmək üçün smartfonun üst hissəsini aşağı sürüşdürmək lazım gəlir.

Çin şirkətinin rəsmilərinin məlumatına görə, smartfonun final versiyası “Snapdragon” prosessoru ilə təchiz olunacaq. Prototipin texniki göstəriciləri barədə çox az məlumat verilir.

Smartfonun bu ilin dekabr ayından dünya bazarlarına çıxarılacağı gözlənilir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...