Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

WhatsApp-da yenilik

Dünyanın ən məşhur mesajlaşma şəbəkəsi olan WhatsApp yenilik edib.

Mynews.az xəbər verir ki, yenilik WhatsApp qrupları ilə bağlıdır. Bu funksiya qrup adminlərinə yeni səlahiyyətlər verir.

Belə ki, WhatsApp qrupunun adminləri istədikləri anda qrupdakıların söhbətini dayandırıb, sadəcə, özü mesaj yaza bilər.

Bu funskiya ən çox qrup üzvləri arasında mübahisə yaranan zaman işə yarayacaq və adminin tərəfləri sakitləşdirməyə imkanı olacaq.

Əgər bu şəraitdə kimsə mesaj yazmaq istəsə, "message admin" buttonu vasitəsi ilə adminə mesaj göndərəcək. Yazı admin təsdiqlədikdən sonra qrupa düşəcək.

Qeyd edək ki, sadəcə, qrup adminlərinin "restricted Groups" (məhdudlaşdırılmış qrup) adlanan yeni özəlliyi aktivləşdirmək hüququ var.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...