"Facebook"da daha bir fırıldaqçı ifşa olundu - Diqqətli olun!

Sosial şəbəkələrdə tez-tez maddi köməyə ehtiyacı olan insanlara yardım edilməsi üçün paylaşımlar edilir. İmkanı çatanlar onlara yardımı əsirgəmir, maddi sıxıntısı olanlar isə ən azından belə paylaşımların digərlərinə çatmasına çalışır. Lakin hər sahədə olduğu kimi burada da vəziyyətdən sui-istifadə edənlər meydana çıxır.
Bəzi fırıldaqçılar yalan paylaşımlar ilə insanlardan pul yığırlar. Amma həmin pullar yalnız öz ciblərinə gedir. İnsanlar aldadıldıqlarını bildikdən sonra artıq kiməsə yardım etmək istəmirlər. Dələduzlar bu yolla köməyə ehtiyacı olanlarla yanaşı, xeyriyyəçiləri də çətin vəziyyətə salır.
Minval.info xəbər verir ki, belə fırıldaqçılıqla məşğul olanlardan biri ifşa olunub. “Facebook”da Fatimə Babayeva ad və soyadlı istifadəçi insanları aldadaraq onlardan pul yığır. Yardım məqsədi ilə yığdığını söyləyən şəxs əslində öz mənfəəti üçün çalışır. Bu faktı həmçinin saytımıza Gənc Xeyriyyəçilər İctimai Birliyini sədri Bamizər Aytən təsdiqləyib. Fatimə Babayevə birliyin sədrinin vasitəsilə kömək edilən ailənin şəkillərini yayaraq insanlardan pul yığır. Amma A.Bamizərin bir müddət öncə həmin ailəyə yardım etdiyindən xəbərsiz olduğu üçün özünü ifşa edib. O, həmin ailənin yaşadığı ünvanını belə səhv söyləyib. Fatimə Babayevə Aytən Bamizərin vasitəsilə yardıma ehtiyacı olanlara ev verildiyini bilməyib.
Bundan öncə isə Fatimə Babayeva profili başqa bir fotolar paylaşaraq insanları yardıma səsləyib. Minval.info məsələni ictimailəşdirmək üçün onunla əlaqə saxlayıb. Jurnalist olduğumuzu bildikdən sonra bəhanə gətirərək məşğul olduğunu deyib. Ardınca isə nə mesajlara, nə də zənglərə cavab verməyib.
O cümlədən Bakı sakini Nurlan Cəfərli də həmin qadının toruna düşüb. Lakin çox keçməyib məsələnin nə yerdə olduğunu anlayıb və onun yalanını ortaya çıxarıb. Bu səbəbdən N.Cəfərlini sosial şəbəkədə bloklayıb.
Çox təəssüf ki, insanların xeyriyyəçilik hissindən sui-istifadə edib cəmiyyətdə inamı azaldan belə insanlar mövcuddur. Belələri ucbatından yuxarıda qeyd etdiyimiz kimi yaxşı niyyətli olanların da işinə şübhə ilə yanaşılır.
Texnologiya
- “Nar” Azərbaycanda ilk üztanıma texnologiyalı eSIM xidmətini təqdim etdi
- "Whatsapp"da hər kəsin gözlədiyi yenilik - Bundan sonra yazışmalarınızı ...
- “Nar” şəhid övladları üçün təşkil olunan “YAŞAT” Düşərgəsinə dəstək oldu - FOTOLAR
- Milli mətbuat günü münasibətilə intellektual yarış keçirildi - FOTOLAR
- WhatsApp-dan çox sevilən YENİLİK - SƏSLİ STATUS
- “Nar” BMT-nin dayanıqlı inkişaf məqsədlərini dəstəkləyən Qlobal Sazişinə qoşuldu - FOTOLAR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Təhsil Nazirliyindən müəllimlərin ittihamlarına CAVAB - Əlavə vaxt verildi 1035 dəfə oxunub
- Sosial şəbəkədə hərbçi adından paylaşım edən qadınla bağlı RƏSMİ AÇIQLAMA 1010 dəfə oxunub
- Baş Prokurorluq daha 4 nəfərə xəbərdarlıq etdi 1007 dəfə oxunub
- Pensiya alanlara ŞAD XƏBƏR 1003 dəfə oxunub
- Hava ilə bağlı XƏBƏRDARLIQ 999 dəfə oxunub