“WhatsApp”da yeni funksiyalar
Dünyanın ən çox istifadə edilən mesajlaşma tətbiqi WhatsApp, iOS tətbiqi üçün yeni xüsusiyyətlər təqdim edib. Belə ki, proqramda şəkil içində şəkil (PIP) xüsusiyyəti və qruplar üçün bir neçə yenilik gətirilib.
Mynews.az-ın məlumatına görə, WhatsApp-ın son dövrlərdə təqdim etmiş olduğu ən yaxşı xüsusiyyətlərdən biri, "YouTube "videolarına dəstək verməsi idi. Bu sayədə istifadəçilər tətbiqi tərk etmədən WhatsApp üzərindən "YouTube" videolarını izləyə bilirdilər.
"YouTube" dəstəyi mövzusunda istifadəçilərdən gözlədiyi geri dönüşləri edən şirkət, indi də tətbiq İnstaqram və Facebook videoları üçün dəstək gətirir. Beləcə, istifadəçilər artıq WhatsApp üzərindən göndərilən həm "YouTube", həm İnstaqram, həm də Facebook videolarını birbaşa tətbiq içində izləyə biləcəklər.
Belə ki, artıq iOS istifadəçiləri üçün WhatsApp-a qeyd səhifəsinin dizaynı yenilənib. Əgər bir söhbətdə heç ulduzlu mesaj yoxdursa, sohbeti təmizləmək üçün yalnız 'Mesajı Sil' variantı göstərilir. Söhbət keçmişini ehtiyat nüsxəsini çıxarmaqda kiçik dəyişiklik edilib. İdarəçisi olduğunuz qruplarda digər idarəçilərin səlahiyyətlərini əllərindən ala bilərsiniz. Həmçinin qrup gizlilik ayarlarını istifadə edərək qrup mövzusu, simvolu, şərhi kimi xüsusiyyətlərin kimlər tərəfindən tənzimlənə biləcəyini təyin edə bilərsiniz.
Bununla yanaşı WhatsApp-Siri əlaqəsi inkişaf etdirilib.
Texnologiya
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon!
- “Nar” ilə səyahətdə WhatsApp-da pulsuz yazış!
- “Nar”ın “Dinlət” xidməti pulsuz oldu!
- “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb
- “Nar” “Breyn Rinq” intellekt yarışına dəstəyini davam etdirir
- “Nar” bütün ölkə üzrə satış və xidmət şəbəkəsini genişləndirir - FOTOLAR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 971 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 938 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 929 dəfə oxunub