Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Telefonlarda şəbəkələr niyə itir? - SƏBƏB

Mynews.az bildirir ki, ARB TV-nin "Günə doğru" verilişində telefonlarda yaranan şəbəkə problemi haqda sujet efirə gedib.

İndi heç kim özünü mobil telefonsuz təsəvvür edə bilmir. Zəng, internet, çox funksiyalı əlaqə və xidmətlər. Ölkənin demək olar ki, hər yerindən mobil əlaqə yaratmaq mümkündür. Amma son vaxtlar bəzi ərazilərdə şəbəkələrdə kəsilmələr olur. Bu hallar inzibati və yaşayış binalarında özünü daha qabarıq biruzə verir. Ekpertlərin sözlərinə görə, problemə cavabdehlik mobil operatorların üzərinə düşür.

Cahid İsmayıloğlu (İKT üzrə ekspert): "Tələbə uyğun olaraq baza stansiyalarının sayını və gücünü artırmalıdırlar. Eyni zamanda mobil operatorlar əhalinin sıx yaşadığı yerlərdə baza stansiyalar quraşdırırlar".

Digər bir problem isə telefonda şəbəkə tam göstərilsə də, mobil nömrə əhatə dairəsindən kənar qalır. 

Rəşad Əliyev (Ekspert): "Dalğa itkisi o zaman ola bilər ki, onların ikisi arasında məsafə çox olarsa, bir antenada şəbəkə itsə, digərində isə tapması üçün bunların üçbucağından asılıdır".

İnternet Forumunun prezidenti Osman Gündüz isə mobil operatorları tələblərə uyğun təkliflər hazırlamamaqda günahlandırır. Onun fikrincə, yerli operatorlar mobil rabitədəki son yenilikləri ölkəyə gətirməyə və tətbiq etməyə borcludur.

Ekspertlər deyir ki, sadalanan məsələlərin həlli mobil rabitə operatorlarının istək və infrastrukturundan asılı qalıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...