Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

WhatsApp-da yeni funksiya istifadəyə veriləcək

"WhatsApp" messenceri "Android" sisteminin idarəetməsi altında işləyən qurğu sahiblərinə başqa istifadəçilərə göndərilmiş şəkilləri gizlətməyə imkan verəcək. Bu haqda "Bgr.in" portalı məlumat verib.

Bildirilir ki, yenilik messencerin "Android" üçün "v2.18.195" beta-versiyasında əlçatandır.

Mynews.az bildirir ki, portalın məlumatına görə, messencerin istifadəçiləri göndərilmiş şəkil, video və audiofaylların telefonda avtomatik saxlanılmasını deaktiv edə biləcəklər.

Yeni funksiya, həmçinin qrup çatları üçün əlçatan olacaq ki, bu da smartfonda yaddaşın tutumunu saxlamağa imkan verəcək və məxfilik səviyyəsini yüksəldəcək.  (Milli.az)

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...