Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Whatsapp"dan MÖHTƏŞƏM YENİLİK

Məşhur mesajlaşma platforması olan "Whatsapp", "iPhone" istifadəçiləri üçün qrup söhbətlərini yeniləyib.

Mynews.az xəbər verir ki, yeni funksiyaya görə sadəcə qrup idarəçiləri qrupa mesaj göndərə biləcəklər. İdarəçi olmayanlar isə mesajları oxuya biləcək və idarəçiyə "mesaj göndər" funksiyası ilə cavab verə biləcəklər.

İdarəçilər istədikləri zaman qrup söhbətinin mesaj və sənəd göndərmək hissəsini bağlaya bilərlər. Bu zaman qrupun üzvləri mesaj yaza bilməyəcəkləri ilə bağlı xəbərdarlıq alırlar. Qrupun üzvləri qrup səhifəsi üzərindən idarəçiyə mesaj ata bilərlər.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...