Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"WhatsApp" messencerinə 3 yeni funksiya əlavə edilib

"WhatsApp" messenceri "iOS" əməliyyat sistemi ilə işləyən qurğular üçün növbəti yeniliyi təqdim edib: messencer oflayn rejimdə məlumat göndərmək imkanı əlavə edib.

İndi istifadəçilər internet bağlantısı olmadıqda belə məlumat göndərə biləcəklər. Bu halda məlumatlar növbədə yığılacaq və əlaqə bərpa olunan kimi ünvanlananlara göndəriləcək.

Bundan əlavə, tipinə uyğun olaraq mediakontenti ləğv etmək imkanı yaranıb, misal üçün, yalnız video və ya yalnız foto seçmək olar.

Sonuncu yeni funksiya isə həmsöhbətə dərhal 30 şəkil və ya video göndərmək imkanıdır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...