Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Məlumat sızmaları 133 faiz artıb

Niderlandın mobil telefonlar və kredit kartları üçün "Gemalto" çip istehsalçısı 2018-ci ilin birinci yarısının yekunları üzrə şirkətlərdə 4,6 milyard məlumat sızması qeydə alıb. Bu, bir il əvvəlin göstəricisini 133 faiz üstələyir.

Mynews.az ICTnews-a istinadən bildirir ki, məlumat sızması ilə əlaqədar ümumilikdə 945 insident baş verib. Bu göstərici 2017-ci ilin yanvar-iyununda 1162 təşkil edib. Kiberinsidentlərin çoxu Şimali Amerika (559), Avstraliya (308) və Böyük Britaniyada (22) qeydə alınıb.
Baş verən 945 məlumat sızmasının 256-sı səhiyyənin, 132-si maliyyə sektorunun, 86-sı təhsil müəssisələrinin, 68-i peşə xidməti sahəsi üzrə tədarükçü şirkətlərin, 61-i dövlət müəssisələrinin payına düşüb.

Cinayətkar fəaliyyət nəticəsində şirkətlər 6 ay ərzində 3,6 milyard məlumat itkisi ilə üzləşiblər ki, bu da 2017-ci ilin ilk yarısı ilə müqayisədə 1300 faiz çoxdur. Təsadüfi sızmalar nəticəsində itirilən məlumatların həcmi 47 faiz - 880 milyon məlumatadək azalıb.

Cinayətkarlar şirkətlərə daha çox (87,2 faiz) fərdi məlumatların oğurlanması üçün hücum edirlər. Populyarlığa görə ikinci hədəf maliyyə məlumatlarının ələ keçirilməsidir (2018-ci ilin birinci yarısında burada sızmanın həcmi 359 milyon məlumata bərabər olub). Sonrakı yerdə hesab məlumatlarının sızması (ələ keçirilən 220 milyon məlumat nümunəsi) yer alıb.

İri sosial şəbəkələr, o cümlədən "Twitter" və "Facebook" oğurlanmış məlumatların sayına görə liderdir. Sonrakı mövqelərdə dövlət müəssisələri yer alıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...