Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Facebook" messencerinin yeni versiyasını təqdim edib

"Facebook" sosial şəbəkəsi özünün mesajların ani mübadiləsi üzrə tətbiqi - "Messenger"in 4-cü versiyasını istifadəyə verib.

Mynews.az Trend-ə istinadən bildirir ki, bu barədə şəbəkənin internet-bloqunda deyilir.

"Bu gündən başlayaraq biz "Messenger"in yeni, sadələşmiş versiyasını işə salırıq", - deyə məlumatda bildirilir.

Bloqda bildirildiyi kimi, "Facebook" araşdırma nəticəsində belə bir nəticəyə gəlib ki, sosial şəbəkənin istifadəçilərinin 70 faizi "Messenger"in istifadəsində ən əsas prioritet sadəliyi hesab edir: "Buna görə də tətbiqin yeni versiyasının interfeysi sadədir".

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...