Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"WhatsApp" istifadəçilərinə bəd xəbər

"WhatsApp" izləyicilərinə pis xəbər var. Proqramın bir sıra özəl cəhətlərinə dəyişiklik ediləcək.

Belə ki, indiyədək "WhatsApp"-ın 3 əsas özəlliyi vardı: 1) Ödənişsiz olması; 2) Təhlükəsiz olması; 3) Reklamsız olması (Yəni, proqram istifadəçilərinin qarşısına müxtəlif reklamlar çıxmırdı".

Lakin bundan sonra vəziyyət fərqli olacaq. Daha doğrusu, sadalanan 3 özəllikdən biri aradan qalxacaq.

"WhatsApp" qərar verib ki, bundan sonra reklamlar qəbul etsin. Bu xəbər istifadəçilərin narazılığına səbəb olub. Buna baxmayaraq, şirkət qərarında qətidir və reklam qarşılığında əlavə maddi qazanc əldə etmək fikrindən daşınmayacaq.

Prosesə bu gündən başlandığı qeyd olunur.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...