Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“Huawei” banisi - Şirkətin texnologiyası ABŞ-ın addımlarından zərər çəkməyib

“Huawei” banisi Jen Çjenfey şirkətinin ABŞ-ın “qara siyahısına” düşməsini şərh edib.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar “Huawei”in gücünü düzgün qiymətləndirmir, RİA Novosti bildirir.  

“Biz ABŞ tərəfindən kontrolu bir il öncə hiss etdik. Amerikalı poliklər öz addımları ilə “Huawei”in gücünü düzgün qiymətləndirmədiklərini göstərirlər”, - deyə Cenfey vurğulayıb.

Şirkət banisi həmçinin əlavə edib ki, digər şirkətlər yaxın 2-3 ildə 5G texnologiyasında “Huawei”yə çata bilməyəcəklər.

Çjenfey vurğulayıb ki, şirkətin texnologiyası ABŞ-ın addımlarından zərər çəkməyib

Xatırladaq ki, öncə ABŞ Ticarət Nazirliyi “Huawei” şirkətinə fəaliyyət üçün  90 günlük müvəqqəti lisenziya verib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...