“Nar” şəbəkəsi Avropa Liqasının final oyununa hazırdır

Mayın 29-da Arsenal-Çelsi arasında baş tutacaq final oyunu ilə əlaqədar "Nar”, yerli və əcnəbi azarkeşlərin mobil şəbəkə üzərindən rabitə xidmətlərinə olan tələbatını qarşılamağa tam hazırdır.
Şirkətin mətbuat xidmətindən Mynews.az-a daxil olan məlumata görə, bununla əlaqədar olaraq, oyunun keçiriləcəyi Bakı Olimpiya Stadionu və azarkeşlər üçün müxtəlif növ tədbirlərin təşkil olunacağı ərazilərdə mobil rabitə şəbəkəsində təkmilləşdirmə işləri artıq yekunlaşıb
"Nar”, Bakı Olimpiya Stadionu və ətraf ərazilər, "FAN” zona və ”FAN Festival” ərazilərində mobil şəbəkə tutumunu optimallaşdırıb. Xüsusilə, stadion ərazisində izləyicilər 286 Mbps sürətlə malik 4G (LTE-A) texnologiyasının üstünlüklərindən faydalana biləcəklər. Paytaxtımıza gələcək qonaqların və yerli azarkeşlərin mobil şəbəkəyə olan ehtiyaclarını nəzərə alaraq, fanatlar üçün təyin olunmuş ərazilərdə 2 mobil baza stansiyası təyin olunub. Qeyd edək ki, respublika ərazisində mobil şəbəkənin 24/7 təhlili "Nar” ”Əməliyyat Mərkəzi” və "Çağrı Mərkəzi” əməkdaşları tərəfindən daim nəzarətdə saxlanılır.
UEFA Avropa Liqasının final oyunu ilə əlaqədar xaricdən gələn azarkeşlərin nömrəyə olan tələbatını ödəmək məqsədilə, mobil operatorun satış komandası da gücləndirilmiş iş rejiminə keçib. "Nar”-ın bütün satış mərkəzlərində, eyni zamanda H.Əliyev adına Beynəlxalq Hava Limanındakı səyyar satış məntəqəsində də "Nar” nömrə almaq mümkün olacaq. Ölkəmizə gələn xarici turistlər "Nar”-ın sərfəli "Xoş gəlmisiniz” tarifindən istifadə edə bilərlər.
"Nar” şəbəkəsi haqqında ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.
"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7500-dən artıq baza stansiyası ilə 2,2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
Texnologiya
- “Nar”ın müsabiqəsinə qoşul, Yeni ili Moskvada qarşıla!
- DİQQƏT! 31 dekabr tarixindən milyonlarla telefonda "Whatsapp" işləməyəcək
- “BakuTel” sərgisində “Nar” stendinə gəl, müasir smartfon qazan! - FOTOLAR
- Regionlarda 4G “Nar” şəbəkəsindən istifadə edənlərin sayı iki dəfə artıb
- “Nar” tələbələrin əmək bazarına inteqrasiyasına dəstək olur
- “Nar”ın son yenilikləri “BakuTel-2019” sərgisində!
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Xoşqədəm efirdə hönkür-hönkür ağladı - "Özümü bağışlaya bilmirəm" - VİDEO 570 dəfə oxunub
- Aynur Dadaşovanın açıq-saçıq fotoları ilə diqqət çəkən bacısından PİS XƏBƏR 561 dəfə oxunub
- Yanvarın 1-dən pensiyalar artırılacaq - ŞAD XƏBƏR! 191 dəfə oxunub
- Naməlum qadın toyda şok yaratdı - “Toyu dayandırın! O mən olmalıydım” - VİDEO 191 dəfə oxunub
- DİQQƏT! Quranda olan bu adları uşaqlara QOYMAQ OLMAZ 190 dəfə oxunub