Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Instagram"da yeni messencer müjdəsi - maraqlı yeniliklər olacaq

"Facebook" sosial şəbəkəsi "Threads" adlı yeni messencer hazırlayır.

İstifadəçilər onun köməyi ilə "Instagram"da yaxın dostları ilə müxtəlif məlumatları paylaşacaqlar.

Qeyd edilir ki, istifadəçilər mətn, foto və videodan başqa, olduqları yer, hərəkət sürətləri barədə avtomatik paylaşım da edə biləcəklər.

"Threads", həmçinin istifadəçinin onlayn rejimdə olub-olmadığını avtomatik rejimdə göstərəcək. Hazırda sözügedən tətbiq sınaqdan keçirilir.

Xatırladaq ki, "Facebook" 2012-ci ildə "Instagram"ı bir milyard dollara satın alıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...