Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“WhatsApp” bəzi istifadəçiləri ilə vidalaşacaq

2020-ci ilin fevralına kimi köhnə əməliyyat sistemləri ilə işləyən telefonlarda “WhatsApp” əlçatmaz olacaq.

Bu barədə messencerin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, “Android 2.3.7” və daha əvvəlki, eləcə də “iOS 8” və daha əvvəlki əməliyyat sistemlərində “WhatsApp” yenilənməyəcək və yeni akkaunt açmaq mümkün olmayacaq.  

Həmçinin qeyd olunur ki, 2020-ci il yanvarın 1-dən sonra messencer “Windows Phone”da, iyulun 1-dən isə “Microsoft Store”da əlçatmaz olacaq.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...